Necə işləyir
Dörd mərhələ. Hər mərhələdə nə etdiyimizi və nə vaxt bitəcəyini əvvəldən bilirsiniz.
01
Pulsuz konsultasiya
Balınızı, büdcənizi və məqsədinizi danışırıq. Nəyin mümkün olduğunu, nəyin olmadığını açıq deyirik.
02
Universitet və proqram seçimi
Profilinizə uyğun 5-8 variant hazırlayırıq. Hər birinin qəbul şansı, xərci və təqaüd imkanı yanında yazılır.
03
Sənəd və müraciət
Tərcümə, motivasiya məktubu, tövsiyə məktubları və təqaüd müraciəti. Deadline-ları biz izləyirik, siz yox.
04
Viza və yola düşmə
Viza sənədləri, müsahibə hazırlığı, yaşayış və ilk həftənin planı. Uçuş gününə qədər əlaqədəyik.
Hara göndəririk
Böyük Britaniya və İrlandiya
Ən çox soruşulan istiqamət. Bir illik magistr proqramları vaxta qənaət edir.
- Səviyyə
- Bakalavr, magistr, dil kursu
- Tədris dili
- İngilis
Avropa
Almaniya, Polşa, İtaliya, Hollandiya. İngilis dilində proqramlar geniş yayılıb.
- Səviyyə
- Bakalavr, magistr
- Tədris dili
- İngilis
ABŞ və Kanada
Viza prosesi uzundur, ona görə müraciətə hamıdan erkən başlayırıq.
- Səviyyə
- Bakalavr, magistr
- Tədris dili
- İngilis
Çin
Dövlət təqaüdləri (CSC) ilə. Mühəndislik və biznes proqramları güclüdür.
- Səviyyə
- Bakalavr, magistr
- Tədris dili
- İngilis, Çin
Təhsil haqqı və təqaüd rəqəmləri profilinizə görə dəyişir, ona görə onları konsultasiyada dəqiq veririk.