Əsas məzmuna keçin
Aloha World Study Abroad

Gəlin oxumaq üçün ən yaxşı yeri tapaq

Aloha World bakalavr və magistr qəbulunu, təqaüd axtarışını, sənəd hazırlığını və vizanı bir yerdə aparır. Beş ildən çoxdur Bakıdan yola salırıq.

Yola düşənlər

Nümunə sətirlər. Real tələbə məlumatları ilə əvəz olunacaq.

  • Təqaüd 40%
    Aysel M.

    University of Glasgow

    Böyük Britaniya · MSc Data Science

    Yola düşməSentyabr 2025
  • Təhsil haqqı yoxdur
    Rəşad Q.

    TU Berlin

    Almaniya · MSc Automation

    Yola düşməOktyabr 2025
  • Qəbul alındı
    Nuray H.

    University College Dublin

    İrlandiya · BSc Business

    Yola düşməSentyabr 2025
  • Viza alındı
    Elvin S.

    Kozminski University

    Polşa · BSc Finance

    Yola düşməFevral 2026
  • Qəbul alındı
    Leyla A.

    University of Toronto

    Kanada · BSc Computer Science

    Yola düşməSentyabr 2026
  • CSC təqaüdü
    Tural M.

    Fudan University

    Çin · MSc Engineering

    Yola düşməSentyabr 2025

Rəsmi partnyor universitetlər

  • Loqo əlavə ediləcək
  • Loqo əlavə ediləcək
  • Loqo əlavə ediləcək
  • Loqo əlavə ediləcək
  • Loqo əlavə ediləcək
  • Loqo əlavə ediləcək
  • Loqo əlavə ediləcək
  • Loqo əlavə ediləcək

Partnyor universitet loqoları buraya yerləşdiriləcək.

İki istiqamətdə aparırıq

Universitet qəbulu

Bakalavr və magistr. Proqram seçimindən viza müsahibəsinə qədər bütün mərhələ bizdədir.

  • Profilə uyğun proqram və universitet seçimi
  • Sənəd toplusu, tərcümə və təsdiq
  • Motivasiya məktubu, CV və tövsiyə məktubları
  • Təqaüd müraciətləri və deadline izləmə
  • Viza sənədləri və müsahibə hazırlığı

Dil kursu

Xaricdə qısamüddətli dil proqramları. Universitet üçün dil balı toplamaq və ya sıfırdan başlamaq.

  • Dil məktəbi və səviyyə seçimi
  • Proqram müddəti və başlama tarixi
  • Yaşayış: ailə yanı və ya yataqxana
  • Qeydiyyat, ödəniş və qəbul sənədi
  • Viza sənədləri

Necə işləyir

Dörd mərhələ. Hər mərhələdə nə etdiyimizi və nə vaxt bitəcəyini əvvəldən bilirsiniz.

  1. 01

    Pulsuz konsultasiya

    Balınızı, büdcənizi və məqsədinizi danışırıq. Nəyin mümkün olduğunu, nəyin olmadığını açıq deyirik.

  2. 02

    Universitet və proqram seçimi

    Profilinizə uyğun 5-8 variant hazırlayırıq. Hər birinin qəbul şansı, xərci və təqaüd imkanı yanında yazılır.

  3. 03

    Sənəd və müraciət

    Tərcümə, motivasiya məktubu, tövsiyə məktubları və təqaüd müraciəti. Deadline-ları biz izləyirik, siz yox.

  4. 04

    Viza və yola düşmə

    Viza sənədləri, müsahibə hazırlığı, yaşayış və ilk həftənin planı. Uçuş gününə qədər əlaqədəyik.

Hara göndəririk

  • Böyük Britaniya və İrlandiya

    Ən çox soruşulan istiqamət. Bir illik magistr proqramları vaxta qənaət edir.

    Səviyyə
    Bakalavr, magistr, dil kursu
    Tədris dili
    İngilis
  • Avropa

    Almaniya, Polşa, İtaliya, Hollandiya. İngilis dilində proqramlar geniş yayılıb.

    Səviyyə
    Bakalavr, magistr
    Tədris dili
    İngilis
  • ABŞ və Kanada

    Viza prosesi uzundur, ona görə müraciətə hamıdan erkən başlayırıq.

    Səviyyə
    Bakalavr, magistr
    Tədris dili
    İngilis
  • Çin

    Dövlət təqaüdləri (CSC) ilə. Mühəndislik və biznes proqramları güclüdür.

    Səviyyə
    Bakalavr, magistr
    Tədris dili
    İngilis, Çin

Təhsil haqqı və təqaüd rəqəmləri profilinizə görə dəyişir, ona görə onları konsultasiyada dəqiq veririk.

Niyə Aloha World

Universitetlərin rəsmi partnyoru

Müraciətiniz birbaşa universitetin qəbul ofisinə gedir, aralıq vasitəçi olmadan. Bu, cavabın daha tez gəlməsi və sənədin itməməsi deməkdir.

Təqaüd və büdcə təhsili üzrə ixtisas

İşimiz ucuz universitet tapmaq deyil. İşimiz sizin profilinizə pul verən proqramı tapmaq və ona düzgün müraciət yazmaqdır.

Ödəniş modelimiz açıqdır

Bütün xidmətlərimiz ödənişlidir və qiyməti ilk görüşdə deyirik. Sonradan üzə çıxan gizli xərc yoxdur.

Tələbə hekayələri

Nümunə mətnlər. Real tələbə rəyləri ilə əvəz olunacaq.

  • Balım orta idi və heç kim mənə real şansımı demirdi. Burada ilk görüşdə hansı universitetə çatacağımı, hansına çatmayacağımı açıq dedilər. Sonda gözlədiyimdən yaxşı yerə düşdüm.

    Aysel M.University of Glasgow, Böyük Britaniya

  • Almaniyada təhsil haqqı olmayan proqramların şərtlərini özüm başa düşə bilmirdim. Sənədləri bir-bir yığdıq, deadline-ları onlar izlədi. Mən yalnız imtahanıma hazırlaşdım.

    Rəşad Q.TU Berlin, Almaniya

  • Valideynlərim üçün ən vacib sual pul idi. Xərcin hamısını əvvəldən cədvəl kimi gördük, sonradan heç nə əlavə olunmadı. Buna görə evdə söhbət asan keçdi.

    Nuray H.University College Dublin, İrlandiya

Tez-tez verilən suallar

Xidmət haqqı alırsınız?

Bəli. Bütün xidmətlərimiz ödənişlidir. Qiyməti ilk pulsuz konsultasiyada, sizə lazım olan işin həcminə görə deyirik. Sonradan əlavə olunan gizli ödəniş yoxdur.

Nə vaxt müraciət etməliyəm?

Bakalavr üçün təxminən bir il, magistr üçün 8-10 ay əvvəl. Təqaüd müraciətlərinin son tarixi adətən adi qəbuldan da erkən olur, ona görə tələsmək lazımdır.

Dil sertifikatım yoxdur, müraciət edə bilərəm?

Bəli. Bir çox universitet şərti qəbul verir və dil sertifikatını sonra təqdim etməyə imkan tanıyır. Bəzi hallarda universitetin öz onlayn dil imtahanı da qəbul olunur.

Təqaüd almaq nə qədər realdır?

Profilinizdən asılıdır: attestat və ya diplom balı, dil balı, layihə və iş təcrübəsi. Konsultasiyada hansı təqaüdlərə real şansınızın olduğunu, hansına olmadığını açıq deyirik.

Neçə universitetə müraciət edirik?

Adətən 5-8 universitetə paralel. Bir hissəsi hədəf variant, bir hissəsi təhlükəsiz variant olur ki, cavablar gələndə əlinizdə seçim qalsın.

Viza ilə də kömək edirsiniz?

Bəli. Sənəd siyahısı, maliyyə sübutu, müraciət forması və müsahibə hazırlığı xidmətə daxildir. Vizanın özünü konsulluq verir, ona görə heç kim vizaya zəmanət verə bilməz.

Ofisə gəlmək lazımdır?

Xeyr. Konsultasiyanı onlayn da keçiririk. İstəsəniz Bakıdakı ofisimizdə üzbəüz də görüşə bilərik.

Pulsuz konsultasiya

Formu doldurun, bir iş günü ərzində sizinlə əlaqə saxlayaq. Görüş onlayn da, ofisdə də ola bilər.

Ad, soyad
········
İstiqamət
Hələ qərar verməmişəm
Nə üçün müraciət edirsiniz
Universitet qəbulu
Səviyyə
Bakalavr
WhatsApp-da yazın
Nə üçün müraciət edirsiniz
Səviyyə